"Bilik günü" QEYD EDİLMƏYƏCƏK - RƏSMİ
14 sentyabr 2022 12:04 (UTC +04:00)

"Bilik günü" QEYD EDİLMƏYƏCƏK - RƏSMİ

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Məlumatda qeyd olunub:

"Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub. 

Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! 

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq".

# 3012
avatar

Fidan İlqar

Oxşar yazılar