Baş Prokurorluğun qaynar-xətti ödənişlidir? - RƏSMİ CAVAB
05 iyul 2022 12:18 (UTC +04:00)

Baş Prokurorluğun qaynar-xətti ödənişlidir? - RƏSMİ CAVAB

Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Qurumdan Lent.az-a həmin məlumatların təkzib edildiyi bildirilib. Qeyd edilib ki, həmin əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər:

"Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək".

# 1914
avatar

Mehman Nəbiyev

Oxşar yazılar