Bakının mərkəzi küçələri  BAĞLANIR - XƏBƏRDARLIQ
12 iyul 2024 15:23 (UTC +04:00)

Bakının mərkəzi küçələri BAĞLANIR - XƏBƏRDARLIQ

Sabah səhər saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə. kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşviq küçəsindən İzzət Nəbiyev  küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbristanlığı ərazisindən keçməklə çıxa bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Fidan İlqar

Oxşar yazılar