Bakının bu ərazilərində  qaz olmayacaq
01 sentyabr 2025 12:08 (UTC +04:00)

Bakının bu ərazilərində qaz olmayacaq

“Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 01.09.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar