Bakının 3 rayonu qazsız qalacaq
13 avqust 2024 09:52 (UTC +04:00)

Bakının 3 rayonu qazsız qalacaq

Bu gün Bakının Xəzər, Nəsimi və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Lent.az-a "Azəriqaz"dan məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə avqustun 13-də saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə S.Əsgərova, S. Vurğun, S. Rüstəm, R.Rza, Ə.Topçubaşov küçələrinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin bir hissəsinin, Binəqədi kəndinin, 1,2,3-cü Mədən ərazisinin, Gülüstan küçəsi 1-15 dalanların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar