Bakıdan qalxan təyyarə İstanbula ENƏ BİLMƏDİ
11 mart 2022 12:25 (UTC +04:00)

Bakıdan qalxan təyyarə İstanbula ENƏ BİLMƏDİ

İstanbuldakı "Sabiha Gökçen" aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib. 

AZAL-dan Lent.az-a verilən məlumat görə, bu səbəbdən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanına (ESB) enməyə qərar verib.

Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

"Sabiha Gökçen" aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Fidan İlqar

Oxşar yazılar