Bakıda hava 2 gün tozlu olacaq -  PROQNOZ
12 avqust 2022 19:08 (UTC +04:00)

Bakıda hava 2 gün tozlu olacaq - PROQNOZ

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. 

"Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".

G.Məmmədovanın sözlərinə görə, dispers toz hissəcikləri  Xətai rayonunda  2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb. 

"Sinoptik vəziyyətlə əlaqədar olaraq  tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".

# 1128
avatar

Fidan İlqar

Oxşar yazılar