Bakıda  dəhşətli külək   əsəcək - XƏBƏRDARLIQ
30 mart 2023 19:16 (UTC +04:00)

Bakıda dəhşətli külək əsəcək - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir. 
 
Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. 

Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək. 
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

 Azərbaycanın rayonlarında
 
Martın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir. 

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. 
 
Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. 
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6357
avatar

Oxşar yazılar