Bakıda bayram gecəsində restoran QİYMƏTLƏRİ : Boş yer varmı?
30 dekabr 2022 17:33 (UTC +04:00)

Bakıda bayram gecəsində restoran QİYMƏTLƏRİ: Boş yer varmı?

Yeni ilə lap az qaldı. Artıq paytaxtda bayram ab-havası hiss olunur.

Bu bayramda “qazananlar” sırasında restoran sahibləri də əsas yer tutur. 

Belə ki, 31 dekabra xüsusi olaraq restoranlar müştərilərinə fərqli menyular təqdim edir. 

Lent.az-ın məlumatına görə, menyuların qiymətinə müxtəlif əyləncəli şou-proqramlar, müğənnilər də daxildir.

Bakının məşhur restoranlarından biri olan “Teleqüllə” restoranında bir nəfərin yeni il gecəsini keçirtməsi 170 azn təşkil edir. İnsanlar bu restorana gəlmək üçün demək olar ki 3-4 həftə əvvəl yer bron edirlər:

“Baku Castle” restoranında bir nəfərlik depozit isə 100 azn təşkil edir və hazırda restoranda boş yer yoxdur. 

“Oazis” restoranında 2 nəfərlik qiymət 300 azn təşkil edir. 31 dekabr tarixində restoranda yerlər məhdud sayda qalıb.

“Four seasons” otelin restoranında yeni il gecəsini keçirtmək bir nəfər üçün 335 manatdır. Otelin restoranında 31 dekabr tarixindəki bütün yerlər dolub.

“Mala Praga” restoranında isə bir nəfərlik qiymət 200 azn-dən başlayır. Hazırda restoranda boş yerlər mövcuddur.

“High boost”, “Ada”, “Neshve”, “Kaddeh Baku” restoranlarında isə bir nəfərlik menyunun qiyməti 150 azn-dən başlayır. 

# 4260
avatar

Arzu Qurbanlı

Oxşar yazılar