Bakıda 7 marşrut xəttinin hərəkət sxemi dəyişir - SİYAHI
06 avqust 2022 13:24 (UTC +04:00)

Bakıda 7 marşrut xəttinin hərəkət sxemi dəyişir - SİYAHI

Avqustun 6-sı saat 08:00-dan avqust 8-i saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.

# 1650
avatar

Oxşar yazılar