Bakı restoranlarında iftar qiymətləri – 90 manata MENYU
07 mart 2025 13:48 (UTC +04:00)

Bakı restoranlarında iftar qiymətləri – 90 manata MENYU

Artıq bir neçə gündür müsəlman dünyasında “On bir ayın sultanı” hesab olunan Ramazan ayı başlayıb. Orucunu evdə açanlarla yanaşı, iftarda restoran və kafelərə üz tutanlar da az deyil. 

Lent.az bununla bağlı olaraq iftar süfrəsi təklif edən Bakı restoranlarında menyunun qiyməti ilə bağlı araşdırma aparıb. 

Martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 25-90 manat arasında dəyişir. Qiymət dəyişikliyi menyuya daxil olan yeməklərdən asılıdır. Fikrimcə, məkanın populyarlıq səviyyəsi də bu göstəricidə rol oynayır.

Qeyd edək ki, bəzi restoranlarda menyu qiymətinə xidmət haqqı da əlavə olunur.

Bakı mənzərəsini seyr etmək üçün insanların üz tutduğu məkanda iftar menyusu iki nəfər üçün 60 manat olmaqla qeyd edilib.

Paytaxtda iki ünvanda filialı olan məşhur bir  restoranda isə bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

Səməd Vurğun küçəsində yerləşən restoranlardan birində iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servis haqqı tələb olunur.

Mehdi Hüseyn küçəsində yerləşən məşhur otelin restoranında təkbaşına oruc açmaq istəyənlər isə 88 manat ödəməlidirlər.

Neftçilər prospektində yerləşən tanınmış restoranlardan birində isə 1 nəfərlik menyu 50 manatdır. 10% xidmət haqqı da hesablanır. Menyuya iftar qəlyanaltıları, əsas yeməklər, şirniyyatlar, şorbala, ara yeməklər və soyuq içkilər daxildir.

Yasamal rayonu və Nizami küçəsində olan iki fərqli restoranda iftar menyusunun qiyməti eynilik təşkil edir. 1 nəfər üçün menyu 40 manatdır. Menyuya iftar qəlyanaltıları, isti yeməklər, şorbalar, salatlar, desertlər və içkilər daxildir.

Atatürk prospekti və Ağ şəhərdə yerləşən orta populyarlıqda olan restoranlarda bir qədər də aşağı qiymətə iftar menyusu təklif olunur. Sözügedən restoranlarda bir nəfərlik menyu 35 manatdır. Menyuya şorbalar, salat, qəlyanlatı, qarnirlər, isti yeməklər, desert və içkilər daxildir.

İçərişəhərdə Kiçik Qala küçəsində yerləşən restoranı bir nəfər üçün iftar menyusunu 30 manata təklif edir.

“Fəvarələr meydanı”ndakı bəzi restoranlarda da iftar menyusunun qiymətləri ilə maraqlandıq. Bu ərazidə müxtəlif cür menyular olmaqla qiymətlər təxminən 25-35 AZN təşkil edir. Təbii ki, 10 faiz servis haqqını da unutmayaq. 

Neftçilər metrosu yaxınlığında yerləşən son zamanlarda adını tez-tez eşitdiyimiz restoranda isə iftar açmaq 30 manata başa gəlir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5058

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04