“Azərsu” ilə mübarizədən yoruldum"   - Deputat
29 sentyabr 2022 13:43 (UTC +04:00)

“Azərsu” ilə mübarizədən yoruldum" - Deputat

“Mən həyatımın yarı hissəsini “Azərsu” və buna oxşar qurumlarla mübarizədəyəm. Vallah, yoruldum”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib. O bildirib ki, Lənkərandan gələn bütün məktublarda “Azərsu” ilə bağlı şikayət var.

Deputat regionlarda əsas problemin işsizlik olduğunu qeyd edib: “Regionlarda işsizliklə bağlı məsələni həll etmək lazımdır. Şəhərdə insanlar gedir “moyka” açır, bir şəkildə özünü dolandırır. Biz insanların regionlara qayıdış məsələsinə diqqəti artırmalıyıq”.

Rüfət Quliyev supermarketlərdən də şikayətlənib: “Digər bir problem isə supermarketlərlə bağlıdır. Hazırda supermarketlərdə fırıldaqçılıq baş alıb gedir. Vitrində “bakkuş”un qiyməti 1 manat 50 qəpik yazılır, kassada qiymət 1 manat 95 qəpik olur. Ay balam, bu “bakkuş” kassaya qədər yolda necə 45 qəpik artdı?! Supermarketlərdə belə hallara nəzarəti artırmaq lazımdır”.

# 2313
avatar

Oxşar yazılar