Azərbaycanın bu rayonuna 46 sm qar yağdı - FAKTİKİ HAVA
09 fevral 2023 10:11 (UTC +04:00)

Azərbaycanın bu rayonuna 46 sm qar yağdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 09-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 25.0 mm, Şamaxıda 20.0 mm, Qax, Şəkidə 12.0 mm, Lerikdə 11.0 mm, Lənkəranda 10.0 mm, Oğuz, Şahbuzda 8.0 mm, Ləzə, Qəbələdə 7.0 mm, Zaqatalada 6.0 mm, Balakən, Yardımlıda 4.0 mm, Mingəçevir , Xınalıq, Naxçıvanda 2.0 mm, Şərurda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Nefçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Fevralın 08-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10-dək° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3676

Oxşar yazılar

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29
Üç BÜRCƏ  xəbərdarlıq   – Sınaqlar sizi diz çökdürə  bilər

Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər

7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı  olacaq

Xankəndidə Zəfər tağı olacaq

6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB

6 iyul 2025 , 13:33