Azərbaycanın axtarışa verdiyi cinayətkarlar bu ölkələrdə  TAPILDI
13 iyul 2022 17:19 (UTC +04:00)

Azərbaycanın axtarışa verdiyi cinayətkarlar bu ölkələrdə TAPILDI

Ötən aylarda qəsdən sağlamlığa ağır zərər vurma, cinayətkar birlikdə iştirak etmə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən bir sıra şəxsləri Ədliyyə Nazirliyi Almaniya, Polşa, Türkiyə, İran və Ukraynadan ölkəmizə gətirib.

Ədliyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu günlərdə isə qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Polşadan ölkəmizə təslim edilməsi təmin olunub.

İnsanların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən digər 2 şəxsin yerləri Şimali Makedoniyada və Polşada müəyyən edilərək ölkəmizə ekstradisiyasına da nail olunub.

# 2022
avatar

Aytəkin Cəlali

Oxşar yazılar