Azərbaycanda son sutkada koronavirusa YOLUXMA
11 sentyabr 2022 18:37 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 862 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, 9 854 nəfər vəfat edib, aktiv xəstə sayı 2 379 nəfərdir.

Ölkədə son sutka ərzində 2 875, hazırkı dövrədək isə 7 193 925 test aparılıb.

# 2358
avatar

Oxşar yazılar