Azərbaycanda İLK: Yaşa görə  orta pensiyanın məbləği   ARTIRILIR
04 noyabr 2023 14:48 (UTC +04:00)

Azərbaycanda İLK: Yaşa görə orta pensiyanın məbləği ARTIRILIR

Yaşa görə orta pensiyanın məbləği Azərbaycanda ilk dəfə olaraq gələn il 500 manatı keçəcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, yaşa görə orta pensiya 516 manat olacaq: “Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun xidmətləri elektronlaşdırılması sahəsində böyük iş görülüb. Artıq iki aydır ki, hərbi sahədə pensiyalar 80 faiz elektron təyin edilir. Qalan 20 faiz tam məxfi kateqoriyadan olan insanlardır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 103731
avatar

Oxşar yazılar