Azərbaycanda 5 mindən çox müəllimin yaşı 60-dan yuxarıdır - NAZİR
16 may 2023 16:23 (UTC +04:00)

Azərbaycanda 5 mindən çox müəllimin yaşı 60-dan yuxarıdır - NAZİR

"Növbəti mərhələdə 33 315 müəllimin sertifikasiyası nəzərdə tutulur".

Lent.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.

Nazirin sözlərinə görə, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar yerləşdiriləcək:

“5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir. Eyni zamanda, müəllimlərin sertifikasiya imtahanından öncə keçirilən təlimlərdə 505 müəllim bundan imtina edib. Bunun səbəbi hazırda araşdırılır”.

# 2595
avatar

Fidan İlqar

Oxşar yazılar