Azərbaycanda 11 yaşlı qız ANA OLDU
29 oktyabr 2021 17:41 (UTC +04:00)

Azərbaycanda 11 yaşlı qız ANA OLDU

"İmişlidə hamilə qalan 11 yaşlı qızın uşağı dünyaya gəlib".

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, uşaq qeysəriyyə ilə doğulub: “Hamiləlik dayandırılıb və uşaq dünyaya gəlib. Hazırda uşağın vəziyyəti yaxşıdır. Qız isə reanimasiyadadır. 11 yaşlı qızın ailəsi isə körpədən imtina edib”. 

Qeyd edək ki, bu gün İmişlidə 11 yaşlı qızın hamilə qalması ilə bağlı xəbər yaymışdıq.

# 32142
avatar

Aytəkin Cəlali

Oxşar yazılar