Azərbaycana bu ölkədən gətirilən qida əlavələri yararsızdı - ADLARI
13 avqust 2021 10:14 (UTC +04:00)

Azərbaycana bu ölkədən gətirilən qida əlavələri yararsızdı - ADLARI

Azərbaycana idxal olunan bəzi dərman məshullarında yoxlamalar keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5173 qutu “Nebufer”, “Tablet N30” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630
avatar

Oxşar yazılar