AZAL-dan Moskvadakı sərnişinlərə MÜRACİƏT
23 mart 2024 13:32 (UTC +04:00)

AZAL-dan Moskvadakı sərnişinlərə MÜRACİƏT

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

AZAL-dan Lent.az-a verilən məlumata görə, “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

# 3141
avatar

Oxşar yazılar