Aktyor dövlət xidmətini məhkəməyə verdi: “Şou düzəldirlər”
20 iyul 2022 15:16 (UTC +04:00)

Aktyor dövlət xidmətini məhkəməyə verdi: “Şou düzəldirlər”

Respublikanın Əməkdar artisti, Pantomima teatrının direktoru Elman Rəfiyev Dövlət Vergi Xidmətini məhkəməyə verib. Bu barədə Lent.az-a aktyorun özü məlumat  verib.

Bu gün aktyorun barəsində onun vergi borclarına görə ölkədən çıxışına stop qoyulması barədə xəbərlər yayılıb. Bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Səbəb olaraq göstərilir ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. 

“Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb”,- deyə xəbərlərdə qeyd edilib.

Elman Rəfiyev isə saytımıza bildirib ki,  nə onun, nə də direktoru olduğu teatrın dövlətə bir qəpik də borcu yoxdur.

“Haqqımızda şou düzəldirlər, kim edir anlamıram, bu kimin marağındadır onu da anlamıram. Bu barədə məlumatı eşidən  gündən mühasibimlə araşdıma aparmışıq, nazirliyə müraciət etmişik, cavab gəlməyib. İndi mən özüm Dövlət Vergi Xidmətini məhkəməyə vermişəm. Əlimdə sənədlər var. Nazirlə görüşmək istəyirəm, deyirlər telefonla danış. Telefonda mən sənədləri ona necə göstərim?  Haqlı olduğumu sübut edəcəm. Mən hara gedirəm ki, çıxışıma stop qoyublar? Durmuşam teatrın qabağında”,- deyə o bildirib.
 

# 3222
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29