Ağdamda minalanmış ərazidə ƏMƏLİYYAT:  İtkin düşən şəxsin meyiti... - YENİLƏNİB
17 iyun 2021 18:06 (UTC +04:00)

Ağdamda minalanmış ərazidə ƏMƏLİYYAT: İtkin düşən şəxsin meyiti... - YENİLƏNİB

Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, minaya düşərək həlak olan Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyitinin götürülməsi üçün Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

Nəticədə mərhumun meyiti minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Cəsarət Hətəmxanov

***

saat 10:05

Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, itkin düşən Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbilər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə itib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. İşğaldan azad olunan ərazilərdə ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları onun axtarışına cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6853

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07