Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ
12 avqust 2025 11:22 (UTC +04:00)

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Çində yenidən çikinqunya virusu yayılaraq epidemiya səviyyəsinə çatıb. Ağcaqanadlar vasitəsilə ötürülən bu xəstəlik kəskin hərarət, üşütmə, bel və oynaq ağrıları, eləcə də səpkilərlə müşahidə olunur. 

Bəs görəsən, bu virusa yoluxma hallarına Azərbaycanda rast gəlinibmi? 

Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə çikungunya virusuna yoluxma qeydə alınmayıb.

Qeyd edək ki, tibbdə hələlik çikinqunya üçün nə dərman, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasında dəyişir. Çinin cənubunda aşkar edilmiş ümumi yoluxma halları 8 000-i ötüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar