Noyabr ayında 8 nəfər sirkə turşusundan zəhərlənib.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Sirkə turşusu içənlərdən biri dünyasını dəyişib.
Ümumilikdə bu vasitədən istifadə edənlərdən ikisi kişi, altısı qadın olub.
Ay ərzində 12 nəfər dərmandan, 19-u isə dəm qazından zəhərlənib.