Bakıda qışa hazırlıq MÜŞAVİRƏSİ
24 noyabr 2020 13:01 (UTC +04:00)

Bakıda qışa hazırlıq MÜŞAVİRƏSİ

Bakı şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, videomüşavirədə koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilib və konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilib ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593

Oxşar yazılar