Azərbaycanda cinayət törədən uşaqların SAYI
04 noyabr 2020 18:59 (UTC +04:00)

Azərbaycanda cinayət törədən uşaqların SAYI

2019-cu ildə cinayət törədən 14-17 yaşlı uşaqların sayında əvvəlki illərlə müqayisədə  azalma var.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il cinayət törədən 14-17 yaşlı uşaqların sayı 387 nəfər olub. 2018-ci ildə bu göstərici 471, 2000-ci ildə isə 573 nəfər olub.

Cinayət törədən uşaqların 378-i oğlanlar, 9-u isə qızlar olub.

2018-ci ildə cinayət törətmiş yeniyetmə qızların sayı 11 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar