10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda
30 yanvar 2023 11:40 (UTC +04:00)

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

İstehlaka yararsız 10 ton müxtəlif növ süd məhsulları məhv edilib.

Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC tərəfindən Agentliyə daxil olan müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 69 adda, 10 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

# 2079
avatar

Arzu Qurbanlı

Oxşar yazılar