I qrupun xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanları başlayıb
24 iyul 2012 11:28 (UTC +04:00)

I qrupun xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanları başlayıb

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Qeyd edək ki, iyulun 20-də I ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib. I ixtisas qrupu üzrə imtahanda iştirak edən 32034 abituriyentdən 44 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
# 1192

Oxşar yazılar