Azərbaycanda donuzların sayı azalıb
23 iyul 2012 17:19 (UTC +04:00)

Azərbaycanda donuzların sayı azalıb

Kənd Təsərrüfatı Nazirliyi iyulun 1-ə mal-qaranın sayı ilə bağlı göstəriciləri açıqlayıb. Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 703 min 548 başa çatıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz (39 min 838 baş) çoxdur.


Azərbaycanda hazırda 8 milyon 741 min 176 baş qoyun və keçi var və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz (110 min 804 baş ) çoxdur. Azərbaycanda donuzların sayı isə azalıb. Hazırda ölkədə 6 min 507 baş isə donuz var və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz, yəni 78 baş azdır.
# 543

Oxşar yazılar