Ramazan ayı başlayır
20 iyul 2012 20:01 (UTC +04:00)

Ramazan ayı başlayır

Sabah Ramazan ayı başlayır. APA-nın məlumatına görə, bu gün axşam niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı avqustun 19-na və ya 20-nə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-ə keçən gecələrə təsadüf edir. Bu gecələrdən biri (sonuncunun ehtimalı daha çoxdur) Qədr gecəsidir. QMİ mübarək Ramazan ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib.
# 961

Oxşar yazılar