Bakı polisi “Eurovision 2012”-yə hazırlığa başladı
14 sentyabr 2011 17:08 (UTC +04:00)

Bakı polisi “Eurovision 2012”-yə hazırlığa başladı

Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar bir çox sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyində də hazırlıqlar başlayıb. Lent.az-ın məlumatına görə, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, yüzlərlə polisə ingilis dili öyrədilməsinə başlanılıb.

“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev Lent.az-a açıqlamasında bildirdi ki, ilkin olaraq Çevik polis Alayının 300 əməkdaşına xüsusi proqram əsasında xarici dil öyrədilməsinə başlanılıb: “Bu proqrama əsasən ünsiyyətin anlaşıqlı qurulması və sərbəst danışmaq bacarığının aşılanması daxildir. Çünki “Eurovision 2012” ərəfəsində paytaxtımızda xeyli xarici qonaq olaca. Onlarla ünsiyyətə girmək, bəzi məsələləri aydınlaşdırmaq və başa salmaq üçün bu çox vacibdir”.

E.Əliyev onu da bildirdi ki, layihə çərçivəsində ilkin olaraq 300 polisin kurs keçməsi nəzərdə tutulsa da, bu rəqəm 500-ə çata bilər: “Nəzərdə tutulub ki, lazım gəlsə daha 200 əməkdaş kurslara cəlb olunsun. Kurs həftədə 3 gün təşkil olunur”.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirildi ki, “Kaspi” Təhsil Mərkəzindən əlavə Azərbaycan Dillər Universitetində də DİN əməkdaşları üçün kursların keçirilməsi nəzərdə tutulub. Oktyabrın 1-də başlayacaq bu layihənin müddəti isə 4 aydır və 120 polis kurslara cəlb ediləcək.

Qeyd edək ki, xarici dil kurslarına həm, polis zabitləri həm də serjantlar cəlb edilib.



Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19