Məleykə Abbaszadə: “Qəbul imtahanlarında çətin suallar ləğv olunmayacaq”
14 sentyabr 2011 15:20 (UTC +04:00)

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında çətin suallar ləğv olunmayacaq”

Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.

Məleykə Abbaszadə bu il bəzi ixtisas qruplarında imtahanlara müəyyən qruplar üzrə asan, bəzi qruplarda isə çətin suallar salınması ilə bağlı deyilənlərlə də razılaşmayıb. O bildirib ki, hazırlıq səviyyəsindən asılı olaraq hər hansı sual bir abituriyent üçün asan, digəri üçün isə çətin görünə bilər: “Biz ekspertlərin rəyinə əsasən fənlər üzrə sualları asan, orta səviyyəli və çətin olmaqla tərtib edirik. İmtahanlardan sonra isə suallara verilmiş cavablarla əlaqədar statistika təhlil olunur. Əgər statistik təhlil və ekspert rəyi üst-üstə düşürsə, bu halda sualların tərtibi ilə bağlı ekspert rəyinin obyektiv olduğu üzə çıxır. Sualların səviyyəsi abituriyentlərin rəyinə əsasən müəyyənləşdirilmir”.

TQDK sədri onu da qeyd edib ki, gələcəkdə də qəbul imtahanlarında fənlər üzrə çətin suallar salınmaqda davam edəcək: “Çünki elə ixtisaslar var ki, orada rəqabət yüksəkdir. Həmin ixtisaslarda 1-2 bal fərq həlledici rol oynayır. Bu halda çətin suallara cavablar abituriyentlər arasındakı rəqabətdə həlledici rol oynayır. Ona görə də çətin suallar ləğv olunmayacaq, gələcəkdə də qəbul imtahanlarına salınacaq”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19