Gecə yağış yağacaq
07 sentyabr 2011 00:10 (UTC +04:00)

Gecə yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 6-dan 7-ə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 7-də arabir yağış yağacağı, gecə və səhər bəzi şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraiti haqqında icmalı da açıqlayıb. Sentyabrın 7-si gündüzdən hava şəraitinin sabitləşəcəyi, sonrakı günlərdə əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur tədricən yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar