Azərbaycanda standartlaşma sahəsində aparılan işlərin məqsədi açıqlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2011-ci ilin 6 ayı ərzində gördüyü işlərlə bağlı hesabatı açıqlanıb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartlaşdırma sahəsində aparılan işlərin məqsədi ölkədə mövcud olan standartlaşdırma sisteminin Avropa Birliyinin, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və bu sahədə mövcud olan beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından ibarət olub.
Bununla bağlı hesabat dövrü ərzində Azərbaycan Respublikası Texniki Tənzimləmə və Standartlaşdırma Sisteminin, standartların və standartlaşdırma sahəsində digər normativ sənədlərin hazırlanması, dövlət qeydiyyatı, dərc olunması və s. tələblərini müəyyən edən standartlar toplusu hazırlanıb. Texniki komitələrin (TK) təşkili ölkədə sahələr üzrə beynəlxalq standartların tətbiqinə imkan yaradır və son iki il ərzində Azərbaycanda Qida məhsullarının standartlaşdırılması, İnformasiya-kommunikasiya texnologiyaları, Ekologiya və Keyfiyyətin idarə olunması üzrə TK-lar formalaşdırılıb və uğurla fəaliyyət göstərir. Bu ilin iyun ayında daha bir Texniki Komitə - Turizm və yerləşdirmə vasitələrinin xidmətləri üzrə TK-nın əsasnaməsi və strukturu təsdiq edilib. Hesabat dövrü ərzində 37 milli standart qəbul edilib.
Bu yaxınlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) tərəfdaş üzv ölkə proqramına da qoşulub. Beynəlxalq Elektrotexniki Komissiya (İEC) elektrik, elektron və əlaqəli texnologiyalar sahəsində standartlaşdırma üzrə beynəlxalq təşkilatdır. İEC standartları zəruri hallarda Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) ilə müştərək hazırlanır. 17 may tarixində Azərbaycan Respublikası Avropa Birliyi ölkələri içində ilk dəfə olaraq Çexiya Respublikası ilə standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasında qəbul olunmuş standartlar və texniki reqlamentlər və Çexiya Respublikasında tətbiq olunmuş Avropa direktivləri barədə məlumatlar tərəflərə təqdim olunacaq.
Tərəflər arasında öz milli qanunvericiliyinə uyğun olaraq sınaqların nəticələrinin tanınması imkanlarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının sertifikatlaşdırma orqanları və sınaq laboratoriyaları və Çexiya Respublikasının səlahiyyətləndirilmiş və notifikasiya olunmuş orqanları arasında uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq və Avropa İttifaqının vahid bazarına çıxarılan Azərbaycan məhsullarının uyğunluğunun qiymətləndirilməsində Çexiya Respublikasının notifikasiya olunmuş orqanlarının imkanlarından istifadə ediləcək. Yaxın zamanlarda Polşa və Macarıstan Respublikaları ilə də sazişin imzalanması gözlənilir.
Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Bu tədbirlərin icrası üçün Kodeks Alimentarius Milli Komitəsi yaradılıb. Bu il yanvarın12-də Komitə Kodeks Alimentarius Komissiyasına üzv kimi qəbul olunub. Mayın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Cənubi Koreyanın Sınaqlar və Tədqiqatlar İnstitutu (KTR) ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə təcrübəyə malik olan Cənubi Koreya ilə birgə Azərbaycanda tibbi və məişət avadanlıqlarının sınağı laboratoriyalarının inşasına dair razılıq da əldə olunub.
Azərbaycan Respublikasında metrologiya sahəsinin beynəlxalq tələblərə və normalara uyğunlaşdırılması və tanınması üçün Milli Metrologiya Mərkəzində ilk dəfə olaraq beynəlxalq standartlara uyğun laboratoriyalar qurulub. Buraya ayrı-ayrı kəmiyyət vahidləri üzrə kalibrlənmə laboratoriyaları da aiddir. Kütlə, təzyiq, temperatur, elektrik kəmiyyətləri, sıxlıq və özlülük ölçüləri üzrə dövlət etalonlarının quraşdırma və işəsalma prosesi, həmçinin işçilərin ixtisasartırması üzrə müvafiq işlər görülüb. Ötən il Milli Metrologiya Mərkəzi Milli Akkreditasiya Sistemi üzrə akkreditasiya olunub. Hazırda KOOMET metroloji regional orqan çərçivəsində etalon ölçmə vasitələrinin növlərindən asılı olaraq beynəlxalq tutuşdurmalarda iştirak edilməsi üzrə hazırlıq işləri aparılır.
ABŞ istehsalı olan “Vaxt və tezlik etalonu” avadanlıq kompleksi alınaraq Milli Metrologiya Mərkəzində quraşdırılıb. Etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir. Vaxt və Tezlik etalonunun əsas prinsipi “sezium” elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək. Artıq bununla bağlı Milli Metrologiya Mərkəzinə müraciətlər də var. Azərbaycan Respublikasının Dövlət ilkin Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində - www.azstand.gov.az saytında yayımlanmağa başlayıb. Hazırda etalon vaxtın Azərbaycan Respublikasının dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər gedir.
Daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında ilk yarımillikdə 66 ədəd ixtira, 6 ədəd faydalı model, 15 ədəd sənaye nümunəsinə dair patent, 637 ədəd əmtəə nişanına dair şəhadətnamə qeydiyyata alınaraq sahiblərinə verilib. Bundan başqa 2 ədəd əmtəə nişanına dair iddia sənədi üzrə hüquqlar, 4 ədəd beynəlxalq əmtəə nişanının istifadəsinə dair lisenziya müqaviləsi və 25 ədəd əmtəə nişanına dair hüquqlar verilib.
Avrasiya patentinin alınması, Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində patent almaq üçün milli iddiaçılar Dövlət Komitəsinə müraciət edirlər və formal ekspertizası aparıldıqdan sonra sənədlər müvafiq olaraq Avrasiya Patent İdarəsinə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilir. ÜƏMT ilə imzalanmış əməkdaşlıq proqramı çərçivəsində “WIPOScan proqramı”nın test versiyası quraşdırılıb, iş prinsipləri ilə tanışlıq aparılıb. Mayın 3-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” Qrant Razılaşması layihəsi üzrə müzakirə protokolu imzalanıb. Əqli mülkiyyət hüquqlarının idarə olunması sisteminin hazırlanması təşəbbüsü Azərbaycan Hökumətinin e-hökümət prosesinə keçid çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən KOİCA-ya müraciətı əsasında yaranıb. Bu sahədə Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nın iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Dövlət Komitəsi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının texniki səlahiyyətliliyə və ya müstəqilliyə, keyfiyyəti idarə etmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların fəaliyyətlərinin razılaşdırılması və məhsulların, idarəetmə sistemlərinin, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir. Bu ilin 6 ayı ərzində 30 sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunub və dövlət reyestrinə daxil edilib. 49 laboratoriyanın akkreditasiya attestatının qüvvədə olma müddəti uzadılıb. Bundan başqa hesabat dövrü ərzində 2 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanın fəaliyyəti razılaşdırılıb, 4 oxşar məhsulların sertifikatlaşdırılması üzrə orqan akkreditasiya olunub.
Milli Akkreditasiya Sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması və beynəlxalq təşkilatlar tərəfindən tanınması istiqamətində də işlər sürətlənib.
Azərbaycanda Milli Akkreditasiya Sisteminin qurulması yeni təcrübədir və bu sahədə inkişaf günbəgün artmaqdadır. Komitə tərəfindən Milli Akkreditasiya orqanının əsas prinsiplərini, strukturunu özündə əks etdirən “Akkreditasiya haqqında” qanunun layihəsi hazırlanıb. Nəzərdə tutulan “Akkreditasiya haqqında” qanun layihəsi Avropanın və beynəlxalq akkreditasiya təşkilatlarının beynəlxalq səviyyədə razılaşdırılmış standartlarına və müşayiətedici rəhbər sənədlərinə əsasən sınaq, kalbrləmə, sertifikatlaşdırma (məhsullar, idarəetmə sistemləri və personal) və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının qiymətləndirilməsini tənzimləməlidir. Bu qanun layihəsinin məqsədi Azərbaycan Respublikasındakı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən müvafiq sertifikatları vermək, sınaq və inspeksiya hesabatlarının qarşılıqlı tanınmasını təmin etmək, akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq və Azərbaycan Respublikasının Akkreditasiya sistemini Avropa və beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdan ibarətdir.
Mal, məhsul və xidmətlərin keyfiyyətinə dövlət nəzarətinin məqsədi istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə törədə biləcək məhsulların istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır. Məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi dövlət nəzarəti idarələri həyata keçirir. Bu ilin 6 ayı ərzində Komitənin ərazi dövlət nəzarəti idarələri tərəfindən 762 dövlət nəzarəti tədbiri həyata keçirilib. Bunlardan 267-si ərzaq məhsulları, 102-si qeyri-ərzaq məhsulları, 263-ü metroloji nəzarət, 130-u ticarət sahələrini əhatə edib. Aparılmış dövlət nəzarəti tədbirlərindən 205-i Azərbaycan Respublikası Prezidentinin 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq cari ilin may ayının 1-dən Ədliyyə Nazirliyinin Reyestrindən çıxarış alınaraq həyata keçirilib. Dövlət nəzarəti tədbirləri nəticəsində 170 təsərrüfat subyektində nöqsan aşkar edilərək barələrində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04