Nazirlər Kabinetindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu ilə bağlı qərar
15 iyul 2011 17:40 (UTC +04:00)

Nazirlər Kabinetindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturu ilə bağlı qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərar verib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu siyahıya Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabriki daxildir.
# 529

Oxşar yazılar