Dondurmalarla bağlı bir gündə ikinci xəbərdarlıq
15 iyul 2011 17:04 (UTC +04:00)

Dondurmalarla bağlı bir gündə ikinci xəbərdarlıq

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əhalini “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsində, “Rah-96” və “Qranit” firmalarında istehsal edilən dondurmaları almamağa çağırıb.

Nazirliyin məlumatında qeyd olunur ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə, “Rah-96” və “Qranit” firmalarına məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektlərinə icrası məcburi göstəriş verilib.

Bu müəssisələrdə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə, “Rah-96” və “Qranit” firmalarına dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Qeyd edək ki, nazirlik bu gün əhalini fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaları almamağa da çağırıb.
# 474

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17