Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadıldı
15 iyul 2011 15:21 (UTC +04:00)

Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar 18 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında magistraturaya qəbul olan 694 bakalavrın hələ də qeydiyyatdan keçmədiyini bildirib.
# 428

Oxşar yazılar