ETSN-nə palçıq vulkanları ilə bağlı müraciətlər daxil olub
15 iyul 2011 13:05 (UTC +04:00)

ETSN-nə palçıq vulkanları ilə bağlı müraciətlər daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində nazirliyin “Qaynar xətt”inə 511 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.


Ağacların kəsilməsi ilə əlaqədar 98, aşma təhlükəsinin olması ilə əlaqədar 314, atmosfer havasının çirklənməsi ilə bağlı 25, məişət tullantılarının qalaqlanması ilə bağlı 33, səs-küy səviyyəsinin normadan artıq olmasına görə 18, çirkab suların axıdılmasına görə 9, yerin təkindən istifadə ilə bağlı 5, faunanın mühafizəsi ilə bağlı 4, elektromaqnit şüalanma ilə bağlı 3, palçıq vulkanlarının püskürməsi ilə bağlı 2 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 58 şikayət üzrə fakt təsdiqlənmiş və qanuna müvafiq tədbirlər görülüb, 40 müraciət isə öz təsdiqini tapmayıb.


Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 314 müraciətdən 308-ə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 6 müraciət əsassız sayılıb. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy, faunanın mühafizəsi, elektromaqnit şüalanma və palçıq vulkanlarının püskürməsi ilə əlaqədar daxil olmuş 99 müraciətdən 29-u ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 70 müraciət nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb: “Əfsuslar olsun ki, daxil olan şikayətlərin əksəriyyəti nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən şikayətçilər araşdırmada iştirakdan imtina ediblər. Araşdırma zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub”.


Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”– rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.
# 513

Oxşar yazılar