Türkiyə “İstiqlal” tüfənginin istehsalına başlayır
13 iyul 2011 10:32 (UTC +04:00)

Türkiyə “İstiqlal” tüfənginin istehsalına başlayır

Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Artıq Azərbaycan tərəfi ilə əldə olunmuş anlaşma çərçivəsində lazımi texnologiyaların transferi prosesi həyata keçirilir.

Şirkətdən bildirilib ki, MKEK müəssisələrində istehsal ediləcək snayper tüfəngi orijinalından bir qədər fərqlənəcək. Silah türkiyəli və azərbaycanlı mütəxəssislərin iştirakı ilə təkmilləşdiriləcək. Yeni texnologiyaların tətbiqi ilə silahın çəkisinin azaldılması, lülənin atış ömrünün uzadılması, həmçinin istifadənin asanlaşdırılması nəzərdə tutulur.

Türkiyədə istehsal ediləcək tüfənglər ilk olaraq Türkiyə Silahlı Qüvvələrinə təklif ediləcək, həmçinin MKEK-MSN əməkdaşlığı çərçivəsində MKEK tərəfindən xarici müştərilərə təqdim olunacaq.

İST-12.7 tüfəngi 12.7x108 mm çaplı güllələrdən atəş açır. Çəkisi 16 kq olan silah özünü doldurma qabiliyyətinə malikdir və 2000 metr məsafədəki hədəflərə qarşı effektiv tətbiq oluna bilir.
# 416

Oxşar yazılar