Səhiyyə Nazirliyi doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırır
12 iyul 2011 18:12 (UTC +04:00)

Səhiyyə Nazirliyi doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırır

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokolun tətbiqinin vəziyyəti” üzrə ətraf bölgələrin mama-ginekoloq və anestezioloq-reanimatoloqlarının iştirakı ilə regional perinatal mərkəzlərdə müşavirələr keçirilir.

Bu tədbirlərdən biri Respublika Perinatal Mərkəzində təşkil olunub. Tədbirdə mərkəzin və Bakı şəhəri 2 saylı şəhər Klinik Xəstəxanasının mama-ginekoloqları və anestezioloq-reanimatoloqları iştirak ediblər. Analoji tədbirlərin Bakı Baş Səhiyyə İdarəsinin doğum evlərində davam etdirilməsi planlaşdırılır.

Nazirliyin məlumatında qeyd olunur ki, 3 - 7 iyul tarixlərində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə klinik protokol”la bağlı Respublika və regional perinatal mərkəzlərin işçiləri üçün təlimlər keçirilib. Təlimlərdə ilk 2 gün ərzində mərkəz direktorları və müvafiq rayon mərkəzi xəstəxanalarının baş həkimləri, sonrakı 3 gün ərzində isə mərkəzlərin mama-ginekoloq və neonatoloqları iştirak ediblər.
# 479

Oxşar yazılar