Elektrik kabel və naqillərinin satışının qanunauyğunluğu yoxlanılır
11 iyul 2011 18:19 (UTC +04:00)

Elektrik kabel və naqillərinin satışının qanunauyğunluğu yoxlanılır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 73 ünvanında Vüqar Bağırova məxsus mağazada aparılan yoxlama zamanı üzərində “Made in United Arab Emirates” yazılmış elektrik naqillərinin mənşəyini təsdiq edən sənədlər və uyğunluq sertifikatı, “Azərgöktel” MMC-nin istehsalı olan elektrik naqillərinin və “Türksan kablo” elektrik naqillərinin uyğunluq sertifikatı olmadan satıldığı, habelə “Türksan kablo” elektrik naqillərinin etiketində istehsalçı barədə məlumatların göstərilmədiyi aşkar edilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, üzərində “Made in United Arab Emirates” yazılmış elektrik naqillərinin etiketində Azərbaycan dilində müvafiq məlumatların göstərilmədiyi müəyyən olunub.

Aşkar olunmuş pozuntularla əlaqədar, mağazada aşkar edilmiş 8900 metr elektrik naqillər qanuna müvafiq tədbirlər görülənədək satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb.
Araşdırmalar davam etdirilir.
# 417

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57