İstanbul Universitetinin professor-müəllim heyəti Mətbuat Şurasında olub
08 iyul 2011 13:57 (UTC +04:00)

İstanbul Universitetinin professor-müəllim heyəti Mətbuat Şurasında olub

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Əflatun Amaşov Mətbuat Şurasının başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu, jurnalist kadrlarının hazırlığı məsələsinə böyük önəm verdiyini söyləyib.


Əflatun Amaşov ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqinə nail olmağa çalışdıqlarını da bildirib: “Bu, peşəyə həqiqi mənada həvəsi olanların, gerçək maraq göstərənlərin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətli olacaq”.


İstanbul Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aydemir Okay təmsil olunduğu təhsil müəssisəsində jurnalistikanın tədrisinin spesifik xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, Türkiyədə ümumən mediaya maraq güclü olduğundan gənclərin də fakültəyə axını yüksəkdir. Bu isə onlar arasında rəqabət mühitini daha da gücləndirir. Türkiyə mediasının xarakterik cəhətlərindən də söz açan Aydemir Okay bəzi problem və çatışmazlıqların mövcud olduğun dilə gətirib, onların aradan qaldırılması istiqamətində intensiv işlərin getdiyini vurğulayıb.


Qeyd edək ki, türkiyəli qonaqların ölkəmizə səfəri Qafqaz Universitetinin dəvəti ilə reallaşıb. Səfərdən məqsəd universitetdə yeni yaradılan jurnalistika bölməsinin işinin təşkilinə kömək göstərməkdir. Nümayəndə heyətinin tərkibinə Aydemir Okayla yanaşı, İstanbul Universitetinin jurnalistika fakültəsinin dekan müavini Gulin Terek Unal, fakültənin müəllimləri Mete Camdereli, Arzu Kihdır, Vedat Dəmir, Murat İri daxildir.
# 516

Oxşar yazılar