Əhalinin su borcları silinəcək
“APA-ECONOMICS”in xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib. Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.

Oxşar yazılar
Yay tətilində dərs oxumaq lazımdır ya yox? - Təhsil eksperti danışdı
28 iyul 2025 , 09:41
Bəxt üzünü bu BÜRCLƏRƏ çevirəcək: Möcüzələrlə tanış olun
28 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
28 iyul 2025 , 08:26
İyulun sonu xoşagəlməz sürpriz gətirə bilər: bu BÜRCLƏRƏ xəbərdarlıq
28 iyul 2025 , 00:02
Milli qəhrəman Natiq Qasımovun anası vəfat edib
27 iyul 2025 , 18:25
Niyə insanlar həyatınıza girirlər: Bürcünüzün nəyi gizlətdiyini öyrənin
27 iyul 2025 , 18:23
Saç tökülməsinin inqilabi həlli: dərman və ya saç əkimi tələb olunmur
27 iyul 2025 , 16:31