Gözdən əlil abituriyentlə necə imtahan verir?
Gələn il gözdən əlil vətəndaşlar üçün ali məktəblərə qəbul imtahanının müddəti uzadılacaq
“Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən gözdən əlil abituriyentlər üçün ilk dəfə olaraq, “Brail” əlifbası ilə çap olunmuş kitabçalardan istifadə edilib. Həmin kitabçalar imtahanlarda istifadə edilib. Amma gözdən əlil abituriyentlər özləri bu kitabçalardan imtina etmişdi və onlar xahiş etmişdilər ki, ənənəvi olaraq həmin abituriyentlərə köməkçi-nəzarətçi verilsin. Həmin köməkçilər şifahi olaraq sualları oxuyur və onların cavablarını qeyd edirlər”.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, “Brail” əlifbasının oxunmasına çox vaxt tələb olunur. Bu səbəbdən də növbəti imtahanlarda gözdən əlil gənclərin ali məktəblərə qəbul imtahanının müddəti uzadılacaq.
Onun sözlərinə görə, hər imtahanda orta hesabla 4-5 gözdən əlil abituriyent iştirak edir və onlar xüsusi auditoriyada “Brail” əlifbası ilə çap olunmuş materiallar əsasında imtahan verirlər. Yaxud da onlar test tapşırıqlarını köməkçi-nəzarətçilər vasitəsilə cavablandırırlar. Məleykə Abbaszadə bildirib ki, gözdən əlillər bu seçimdə sərbəstdirlər. İmtahan zamanı onların hər birinə xüsusi köməkçi-nəzarətçi ayrılır. Gözdən əlil abituriyentlər üçün köməkçi-nəzarətçilər isə əsasən bəzi ali məktəblərin pedaqoji ixtisaslarında təhsil alan yuxarı kurs tələbələri və ya magistrlər arasından seçilir.
Xatırladaq ki, hazırda Azərbaycanın bir neçə universitetində gözdən əlil 11 tələbə təhsil alır. İki nəfər gözdən əlil isə magistratura pilləsində təhsilini davam etdirir.
Elxan SALAHOV

Oxşar yazılar

Köhnə bəndlər suyun qarşısını saxlaya bilmir – VİDEO
24 iyun 2025 , 01:04
İran-İsrail münaqişəsi - Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
24 iyun 2025 , 00:15Sabiq deputatla bələdiyyə sədri arasında QALMAQAL
23 iyun 2025 , 22:55
Bakının mərkəzində unudulmuş küçə: “Hamının ayağında salafan” - VİDEO
23 iyun 2025 , 22:39
Avtobusda şok mənzərə
23 iyun 2025 , 19:33
48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır
23 iyun 2025 , 19:07
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
23 iyun 2025 , 18:30