Mirşahin: “Qırmızı işıq yananda ANS də dayanır”
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ANS telekanalını müstəqil saymır.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Novella Cəfəroğlu bunu Milli Teleradio Şurası (MTRŞ) və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Azərbaycan teleməkanındakı problemlərlə bağlı birgə keçirdiyi tədbirdə söyləyib.
O deyib ki, Azərbaycan teleməkanındakı problemlərin səbəbi telekanalların müstəqil olmaması ilə bağlıdır: “Əvvəllər ANS telekanalı müstəqil idi, kanal da cəmiyyət üçün maraqlı idi. Ancaq indi bu telekanal da müstəqil deyil. Əgər telekanallara müstəqil verilərsə, problemlər aradan qalxar”.
ANS şirkətinin vitse-prezidenti Mirşahin Ağayev Novella Cəfəroğlunun fikirləri ilə razılaşmadığını dilə gətirib: “Deyirlər ki, ANS 1993-cı ildə, 2006-cı ildə, yaxud digər bir ildə satıldı. Bir telekanal nə qədər alınıb-satılar? Digər tərəfdən, əgər qırmızı işıq yanırsa, maşınlar dayanır, sarı işıq xəbərdarlıqdır. Novella xanım, biz də qırmızı işıq yanırsa, təbii ki, dayanırıq, sarı işıq xəbərdarlıqdır, onu nəzərə alırıq. Bu da təbiidir. ANS həmişəki qədər müstəqildir”.
Ramiz

Oxşar yazılar

Güclü leysan və sel XƏBƏRDARLIĞI
11 may 2025 , 17:51
Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda təlimdə
11 may 2025 , 17:27
Beş BÜRC öz xoşbəxtliyini tapacaq, üç BÜRCÜ uğursuzluq dalğası bürüyəcək
11 may 2025 , 15:33
9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB
11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək
11 may 2025 , 09:18
"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40