Rəngini seç, deyim kimsən... - TEST
05 avqust 2009 17:45 (UTC +04:00)

Rəngini seç, deyim kimsən... - TEST

Ən sevdiyiniz rəng hansıdır? Bu suala cavab verməzdən qabaq rənglərin dilini öyrənin. Çünki bu, sizin xarakterinizi ortaya çıxarmağa kömək edir.

Türkiyəli psixoloq İbrahim Afif Karakılıçın verdiyi məlumata görə rənglər, isti və soyoq olmaqla iki yerə ayrılır...

İsti rənglər

- Sarı
- Qırmızı
- Narıncı

Soyuq rənglər

- Mavi
- Boz
- Yaşıl

İsti rənglər, daha çox nəzəri cəlb etdikləri və cəmiyyət içində diqqəti çəkdikləri üçün insanlara daha yaxın bir hiss oyandırır. Soyuq rənglər isə geriyə çəkilmə təsiri göstərir və uzaqlıq hissi yaradır.

İsti rənglərin insanı xəbərdar etdiyini və şənləndirdiyini ifadə edən Karakılıç belə dedi: “İsti rəng tonları fiziki gücü, enerjini, dinamikanı artırır, həzm sistemini gücləndirir. Həddən artığı isə həyəcan, yorğunluq, şiddət, aqressivlik və özünü ələ ala bilməmək hissi yarada bilir. Soyuq rənglər isə bunun tam əksi olan təsiri göstərər”.

İnsanların rəng seçimi onların psixi vəziyyətləri haqqında vacib məlumatlar verir... Budur, rənglərə görə psixi təhlil;

QIRMIZInı sevənlər mehriban olurlar... Bunlar əsasən enerjili, açıq və doğru hərəkət etməyə hazır bir mənlik xüsusiyyətinə sahibdirlər... Qırmızı sevənlərin digər xüsusiyyəti isə bağışlayıcı, minnət duyğuları inkişaf etmiş olmasıdır...

SARInı sevirsinizsə, intellektualsınız. Ağıl və məntiq güclüdür. Çalışqan xarakteriniz var. Olduğunuz hər yerdə idarə etməyi xoşlayarsınız.

NARINCI rəngi seçənlər isə cəsur və macəraçı olurlar. Gülməyi və başqalarını da güldürməyi çox sevirlər. Əlaqə və hərəkət narıncı sevənlərin xarakterini göstərir.

QARA rəng insanda adət-ənənələrə bağlı və sayğılı bir xüsusiyyətin olduğunu göstərir. Qara həm də güc və hakimiyyəti əldə tuta bilməyin rəmzidir.

MAVİ rəngi sevənlər yüksək insanlıq xüsusiyyətinə sahib olurlar. Bu rəng ruhun dərinliklərinə girişi göstərir. Mavini sevən insanın ən yaxşı xüsusiyyətlərindən biri cavabdehlik, sədaqət və səliqəlilik duyğusunun qüvvətli olmasıdır.

YAŞIL rəngi seçirsinizsə, bölüşə bilmək, uyuşa bilmək və yardımsevər xüsusiyyətlərlə məşhursunuz. Haqq-ədalət sevərliyiniz, anlayışla ailənizin və ətrafınızın güvən və qoruma simvolusunuz.

AÇIQ YAŞIL rəngi sevənlərə qarşı insanlar böyük maraq göstərər. Bu insanlar sakit və rahat xarakterə malikdirlər.

AĞ rəngi sevənlər təsiredici xarakterə sahibdirlər. Təmizliyin, saflığın və məsumiyyətin simvolu olan ağı sevən şəxsdən isə insanlar çox təsirlənir.

Qida firmalarının əsas rəngi

QIRMIZI: Bu rəng canlılıq və dinamikliklə əlaqəli rəngdir. Xoşbəxtliyi təmsil edir. Qırmızı rəng, fiziki olaraq canlılığı və duyğusallığı, bir işi axıra kimi aparmaq qərarlılığını göstərir.

İştah açır. Ona görə də dünyadakı qida firmalarının çoxunun üzərində qırmızı rəngdən istifadə olunur. Qırmızı təzyiqi qaldırır, qanın hərəkətini tezləşdirir.

Səhv bir inam var ki; guya buğalar qırmızıya hücum edir. Ancaq, buğalar rəng korudur. Qırmızıya deyil, özlərinə yellənən tünd rəngli parçaya hücum edir.

Bankların seçdiyi rəng

YAŞIL: Duyğusal olaraq bizə ən çox təsir edən bir orqanımız olan ürəyin bu rəngin yaydığı enerji dairəsində olduğu düşünülür.

Təbiətin və yazın rəngidir. Güvən verən rəngdir. Ona görə də bankların üzərində hakim rəngdir.

Yaraıdcılığı göstərir. Buna görə də restoran mətbəxlərində yaşıl istifadə olunur.

Xəstəxanalarda da yaşıl rahatlaşdırıcı xüsusiyyətə malik olduğuna görə istifadə olunur. Yaşıl yerlərdə insanların daha az mədə problemi ilə qarşılaşdığı sübut olunub.

Yaponlara görə sevinməyin rəngi

QARA: Duyğusallığı və hüznün simvoludur. Gücü və tutqunu təmsil edər.

Bizdə və qərbdə qara matəmi təmsil edir, ancaq, Yaponiyada qara sevincdir.

Qara fondan istifadə olunarsa bədbinliyi göstərər. Enşteyn yaradıcılığa başlamaq üçün pərdələri qara, gün işığı olmayan otaqları seçərdi.

İntiharları azaldan rəng

MAVİ: Bədənimizdə boğaz hissəsini göstərən rəngdir. Mavi rəng göyüzünün və səmanın, dənizin simvoludur.

Hədsizliyin və uzaqgörənliyin simvoludur.

Rahatlığı təmsil edir və sakitləşdirir.

Ərəblər mavinin qan axımını yavaşlatdığına inanır, nəzər muncuğu ona görə mavidir.

Qərbdə intiharları azaltmaq üçün körpü ayaqlarını maviyə boyayırlar.

Divarları mavi olan məktəblərdə uşaqların daha az dəcəllik etdiyinə rastlanır.

İdarəçiliyin rəngi

TÜND MAVİ: Kosmik rəng olaraq qəbul edilir; sonsuzluğun, idarəçiliyin simvoludur.

Ona görə də dünyadakı firmaların yarısından çoxu tünd mavi rəngi istifadə edər.

Tünd mavi geyinən insanlar özlərini daha çox çəkici və inandırıcı hiss edərlər.
İnsanların üzərində bacarıqlı və güclü imic buraxırlar.

Komfort və dəbdəbənin rəngi

BOZ: Keçmişdən bu günə kimi dəbdəbə və komfortun rəngi kimi düşünülür.

Tarix yüksək təbəqələrin, saray mənsublarının daim boz rənglə bəzəndiklərini qeyd edir.

Nervolji hissləri üzə çıxartdığına görə, insanların fikirlərini qorxutduğu söylənilir. İntihar edənlərin bəyəndiyi rəngdir.

Mağazaların məşhur rəngi

ÇƏHRAYİ: Uyuşmaq, nəşə, şirinliyin və sevginin simvoludur.

Rahatlıq yaradan və sakitləşdirən bir rəngdir. Buna görə də bəzi böyük mağazalar satıcılarına çəhrayi paltar geyindirir ki, müştərilər özlərini rahat hiss etsin.

Çəhrayi eyni zamanda uşaq rəngidir.

Diqqət və zəkanın rəngi

SARI: Sarı zəka, incəlik ilə bağlıdır. Toplum halında yaşamağı və birlikdə çalışmağı göstərən bir mənası var.

Keçiciliyin və diqqət cəkiciliyin simvoludur.

Diqqət çəkdiyinə görə bütün dünyada taksilər sarı rəngə boyanır.

Sarı həm də hüzn və darıxmağın rəngidir. Payızın bütün hüznlü gözəlliyində onun hər rəngini izləmək mümkündür.

Siyasətcilərin ən sevdiyi rəng

AĞ: Təmizliyi və saflığı təmsil edir.

Davamlılığın simvoludur.

Siyasətcilər ağ rəngi çox sevirlər, çünki təmiz, dürüst görünmək istəyirlər...

İnsanın hərəkətini artıran rəng

QƏHVƏ RƏNGİ: Həqiqətin, plan və sistemin rəngidir.

Kanzas Universitetində bir sərgidə, divarların rəngi dəyişdirilə bilən hala gətirilmişdi. Fonda ağ istifadə olunduğunda insanlar sərgidə yavaş hərəkət ediblər.

Fon qəhvə rənginə çevriləndə isə insanlar müzeydə daha çox yeri daha az vaxtda gəziblər.

Qəhvə rəngi insanı tezləşdirir. Buna görə fastfoodlar daxili məkanda qəhvə rəngini istifadə edir. Qəhvə rəngi torpaq rəngidir.

Paltarlarda çox da istifadə olunmur, çünki qəhvə rəngi geyinən insanlar tünlükdə diqqət çəkməzlər.
# 1103

Oxşar yazılar