İmtahan nəzarətçilərinə xəbərdarlıq
17 iyul 2009 15:30 (UTC +04:00)

İmtahan nəzarətçilərinə xəbərdarlıq

“İmtahan zamanı abituriyentlərin köçürməsinə yol verən nəzarətçilər cəzalandırılacaq”.

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, xüsusi araşdırmalar nəticəsində hansı imtahan zalında abituriyentlərin bir-birindən köçürməsi məlum olub: “İstər imtahana qadağan olunmuş vasitələrlə gələn, istərsə də imtahan zamanı bir-birindən köçürən abituriyentlərin imtahan nəticələri ləğv olunur. Həmin imtahan zalında olan imtahan rəhbəri və nəzarətçiyə qarşı da administrativ cəzalar tətbiq olunacaq. III qrupda köçürmədə istifadə edən abituriyentlərin ümumi balı 250-dən, I qrupda isə 200 baldan yuxarı deyil. Onsuz da onlar ali məktəblərə qəbul ola bilməyib. Köçürməyə şərait yaradan nəzarətçilərin adları məlumdur. Həmin nəzarətçilər növbəti dəfə imtahan buraxılmayacaq. Bütün imtahanlar başa çatandan sonra biz o nəzarətçilərdən izahat tələb edəcəyik”.
# 441

Oxşar yazılar