Qumarda uduzan məhbus anasından başqa adla pul istəyib
Bu gün Ədliyyə Nazirliyi (ƏN) yanında Penitensiar Xidmət üzrə İctimai Komitə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyilə ƏN-nin Ədliyyə Akademiyasında jurnalistlər üçün seminar keçirib.
Lent.az-ın məlumatına görə, bir günlük seminar azadlıqdan məhrumetmə yerlərilə bağlı material hazırlayan jurnalistlər üçün nəzərdə tutulub. Seminarda Komitənin koordinatoru Sahib Məmmədov və ƏN-nin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Faiq Qurbanov danışıblar.
Komitənin üzvü Əliməmməd Nuriyev “Azərbaycanda cəzaların icrasının qanunvericilik əsasları”, Penitensiar Xidmətin Təşkilat-nəzarət İdarəsinin rəisi Musa Hümbətov “Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrində rejim qaydaları” mövzusunda çıxış ediblər. Daxili intizam qaydaları, qüvvənin tətbiq edilməsi, qida qəbul etməkdən imtina edən məhkumların saxlanma şəraiti, onların məcburi qidalandırılması və s. məsələlərə toxunan M.Hümbətov maraqlı açıqlamalar da verib.
O, məhbusların evə “məni burda döyürlər, pul göndərin” mövzusunda yazdığı məktublarla bağlı çıxış edərkən konkret əhvalat danışıb. Rəisin sözlərinə görə, belə bir məktub alan ana həbsxanaya - məhbus oğlunun yanına pul gətirəndə başqa mənzərəylə üzləşib. Məlum olub ki, oğluna başqa səbəbdən deyil, qumarda uduzduğundan ona pul lazım imiş. “Belə problemi yaranan məhbus görür ki, ya vaxt qoyublar filan vaxt öldürülməlidir, ya da başqa acı aqibətlə üzləşəcək. Ona görə də bəhanə ilə evdən pul istəyir” – deyə, Hümbətov qeyd edib.
Pərvin ABBASOV

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20