Təzəpir məscidi yenidən istifadəyə verildi
06 iyul 2009 14:00 (UTC +04:00)

Təzəpir məscidi yenidən istifadəyə verildi

İyulun 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib.

Lent.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə prezidentə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb.

Dövlət başçısı kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasına baxış keçirib. Prezident kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib.

Mərasimdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdiyev çıxış ediblər.
# 1189

Oxşar yazılar