![Müəllimlərin dərs normativi dəyişməyəcək](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Müəllimlərin dərs normativi dəyişməyəcək
Misir Mərdanov: “Biz özümüz də stavkanın 12 saat səviyyəsində saxlanmasının tərəfdarıyıq və belə də davam edəcək”
“Təhsil Nazirliyi orta məktəblərdə müəllimlərin çoxluğundan narahatdır. Ona görə də biz ötən dərs ili ərzində müəllimlərin işə qəbulunu diqqət mərkəzində saxlamışıq. Yəni bu gün Təhsil Nazirliyin rəyi olmadan orta məktəblərə yeni müəllim götürmək olmaz”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov dərs ilinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu qadağa ilk növbədə təhsilin keyfiyyətinin qaldırılmasına və işləyən müəllimlərin normal əməkhaqqı ala bilməsinə xidmət edir.
Misir Mərdanov deyib ki, Təhsil Nazirliyi müəllimlərə hələlik minimum 6 saat dərs yükü verilməsini vacib sayır və bu barədə xüsusi göstəriş də var: “Yəni dərs yükü 6 saatdan az olan müəllimi işə götürmək olmaz. Bu qayda indi yox, əvvəldən belədir. Lakin növbəti ildə müəllimlərin minimum dərs yükünü bir az da qaldıracağıq. Çünki açığını deyim ki, 6 saat dərs deyən müəllim nə lazımi səviyyədə işləyə bilər, nə də normal maaş alar”.
Təhsil naziri bildirib ki, mövcud “Təhsil haqqında” qanun qəbul edilənədək müəllimlərin bir stavka dərs yükü 18 saat olub. 1992-ci ildə qəbul olunmuş qanunla stavka 12 saata endirilib. Hazırda Milli Məclisdə müzakirə ərəfəsində olan yeni “Təhsil haqqında” qanunda isə stavkanın dəyişdirilməsinə dair maddə yoxdur: “Stavkanı 12 saatdan 18 saata qaldırmaq Təhsil Nazirliyin səlahiyyətində deyil. Ona görə də pedaqoji ictimaiyyətin dərs stavkasının dəyişəcəyi barədə söz-söhbətdən narahat olmasına əsas yoxdur. Biz özümüz də stavkanın 12 saat səviyyəsində saxlanmasının tərəfdarıyıq və belə də davam edəcək”.
Elxan SALAHOV

Oxşar yazılar
Bu ölkəyə güclü qar yağdı: Ciddi problemlər yarandı -VİDEO
24 iyun 2024 , 15:22“Bildiyim sirlər mənimlə məzara gedəcək” – Arzu Nağıyevlə QEYRİ-RƏSMİ SÖHBƏT
24 iyun 2024 , 15:09![Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı](https://lent.az/storage/news/2024/june/24/big/667951f3db368667951f3db36a1719226867667951f3db363667951f3db366.jpg)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24 iyun 2024 , 15:01![Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB](https://lent.az/storage/news/2024/june/24/big/66792d434194266792d4341943171921747566792d434193c66792d434193f.png)
Analıq məzuniyyətinə görə nə qədər pul ödənilməlidir? - CAVAB
24 iyun 2024 , 14:43Sabah çimərliklərdə gözlənilən hava şəraiti
24 iyun 2024 , 13:10Leysan, dolu, güclü külək - Sabahın HAVASI
24 iyun 2024 , 12:28![Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış](https://lent.az/storage/news/2024/june/24/big/66791d8e13c1266791d8e13c13171921345466791d8e13c0c66791d8e13c0f.webp)
Öldürülən polislərdən birinin 10 gün sonra toyu olacaqmış
24 iyun 2024 , 11:18![Bakının bu rayonlarında qaz kəsiləcək](https://lent.az/storage/news/2024/june/24/big/667900c2f3804667900c2f38061719206082667900c2f37fe667900c2f3802.jpg)